XƏBƏRLƏR
İyun ayının əməkdaşı Günay İsmayılovadır
Humanitar fənlər fakültəsinin dekan müavini Günay İsmayılova Azərbaycan Universitetində iyun ayı üzrə “Ayın əməkdaşı” seçilib. Seçimdə əməkdaşımızın verilən tapşırıqların yerinə yetirilməsində göstərdiyi dəqiqlik, məsuliyyətlilik, yaradıcılıq və operativlik nəzərə alınıb.
“Ayın əməkdaşı” rəhbərlik tərəfindən mükafatlandırılıb.
Günay Arif qızı İsmayılova 2010-cu ildə Azərbaycan Dillər Universitetini ingilis dili müəllimliyi ixtisası üzrə bitirib. 2012-ci ildə Azərbaycan Universitetindən ingilis dili ixtisası üzrə magistr dərəcəsi alıb.
Əmək fəaliyyətinə 2013-cü ildə İ. İbrahimov adına 167 saylı məktəbdə laborant olaraq başlayıb.
2017-ci ildən Azərbaycan Universitetində çalışır.
İctimaiyyətlə əlaqələr şöbəsi
01.07.2019
DİGƏR XƏBƏRLƏR
Azərbaycan Universitetinin daha 16 tələbəsi PTE sertifikatını əldə edib
14 oktyabr 2026
Azərbaycan Universitetində tələbələrin innovativ layihələrdə iştirakı müzakirə olunub
13 oktyabr 2026
Doktorant Günay İsmayılovaya fəlsəfə doktoru elmi dərəcəsi verilib
12 oktyabr 2026
Doktorant Məlakə Rəcəbovaya fəlsəfə doktoru elmi dərəcəsi verilib
09 oktyabr 2026
Azərbaycan Universitetində “Beynəlxalq təhsil və karyera quruculuğu” mövzusunda seminar keçirilib
07 oktyabr 2026
Azərbaycan Universitetində doktorantlarla tanışlıq görüşü keçirilib
05 oktyabr 2026
