XƏBƏRLƏR
Azərbaycan Universitetinin magistratura tələbələrinin elmi-pedaqoji təcrübəsi başlayıb
Azərbaycan Universitetinin tədris planına uyğun olaraq magistratura səviyyəsində təhsil alan II kurs tələbələrinin elmi-pedaqoji və elmi-tədqiqat təcrübəsinə start verilib. Ənənəyə sadiq qalaraq təcrübənin başlanması münasibətilə təşkil olunan görüşdə Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru Nüşabə Quliyeva tələbələrə uğurlar arzulayıb, elmi-pedaqoji və elmi-tədqiqat təcrübəsinin məqsəd və vəzifələri, o cümlədən təcrübə hesabatının hazırlanması haqqında məlumat verib.
Təcrübə müddətində 6 ixtisas üzrə 36 magistrant elmi rəhbərləri ilə birlikdə tədris prosesində iştirak edəcək. Elmi-pedaqoji təcrübə 15 mart 2023, elmi-tədqiqat təcrübəsi isə 12 aprel 2023-cü il tarixində başa çatacaq.
İctimaiyyətlə əlaqələr şöbəsi
DİGƏR XƏBƏRLƏR
Azərbaycan Universitetinin daha 16 tələbəsi PTE sertifikatını əldə edib
14 oktyabr 2026
Azərbaycan Universitetində tələbələrin innovativ layihələrdə iştirakı müzakirə olunub
13 oktyabr 2026
Doktorant Günay İsmayılovaya fəlsəfə doktoru elmi dərəcəsi verilib
12 oktyabr 2026
Doktorant Məlakə Rəcəbovaya fəlsəfə doktoru elmi dərəcəsi verilib
09 oktyabr 2026
Azərbaycan Universitetində “Beynəlxalq təhsil və karyera quruculuğu” mövzusunda seminar keçirilib
07 oktyabr 2026
Azərbaycan Universitetində doktorantlarla tanışlıq görüşü keçirilib
05 oktyabr 2026
