XƏBƏRLƏR
Magistraturaya sənədlərin qəbulu onlayn qaydada aparılacaq
Azərbaycan Universitetinin magistratura səviyyəsinə qəbul olan bakalavların qeydiyyatı iyulun 6-dan 15-dək onlayn qaydada aparılacaq. Qeydiyyat üçün tələb olunan sənədlərin və təhsil haqqının ödənildiyinə dair qəbzin skan edilmiş surəti malahat.akhundova@au.edu.az ünvanına göndərilməlidir. Qeyd olunan müddətdə sənədləri təqdim etməyən və onlayn qeydiyyatdan keçməyən bakalavrlar magistratura səviyyəsinə qəbul olunanlar siyahısından xaric ediləcəklər. Bakalavrlar əlavə məlumat üçün 050 742 45 88 (whatsapp) və 050 268 38 19 nömrəli telefonlarla əlaqə saxlaya bilərlər.
Qeydiyyat üçün sənədlərin siyahısı aşağıdadır.
- Diplom və diplom əlavəsi
- Cari ildə məzun olan tələbələr - bitirdikləri universitetdən məzun olduqlarına dair arayış
- Şəxsiyyət vəsiqəsi (yeni nəsil şəxsiyyət vəsiqəsi olanlar arayış da təqdim etməlidirlər)
- Sağlamlıq haqqında tibbi arayış
- Hərbi xidmətdə olanlar və ya möhlət hüququ olanlar - hərbi biletin əsli və surəti və ya çağrış məntəqəsinə təhkim edilmə haqqında vəsiqə
- Bakalavrın iş nömrəsi
- 3X4 ölçüdə şəkil
- Təhsil haqqının ödənildiyinə dair qəbz (ödənişli əsaslarla qəbul olanlar)
Daha ətraflı məlumat üçün: /az/menu/115/magistraturaya-qeydiyyat
İctimaiyyətlə əlaqələr şöbəsi
05.07.2020
050 742 45 88 (whatsapp)
DİGƏR XƏBƏRLƏR
Azərbaycan Universiteti magistratura səviyyəsinə 10 ixtisas, 19 ixtisaslaşma və MBA proqramı üzrə qəbul aparır
17 iyul 2026
Doktorant Yeganə İsgəndərovaya fəlsəfə doktoru diplomu təqdim olunub
10 iyul 2026
Azərbaycan Universiteti ali təhsil müəssisələrinin sərgisində iştirak edəcək
09 iyul 2026
Azərbaycan Universitetinin XXXII Məzun Günü keçirilib
03 iyul 2026
Sosial-Psixoloji Tədqiqat və Məsləhət Mərkəzinin direktoru “Asılılıqla Mübarizə Təlim Proqramı”nda iştirak edib
29 iyun 2026
Filologiya tələbələrinin “Ulduz” jurnalında keçdikləri təcrübə yekunlaşıb
29 iyun 2026
