XƏBƏRLƏR

“Məişət zorakılığına yox deyək” adlı tədbir keçirilib

“Məişət zorakılığına yox deyək” adlı tədbir keçirilib

16 noyabr 2021

Baxış sayı: 2151

Azərbaycan Universiteti Sosial işin təşkili kafedrası ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Məişət zorakılığına YOX deyək” adlı maarifləndirmə tədbiri keçirilib.

Sosial işin təşkili kafedrasının müdiri Tünzalə Verdiyeva tədbiri açaraq mövzunun aktuallığı və əhəmiyyəti barədə tələbələrə məlumat verib.

Tədbirdə komitənin Ailə Problemləri şöbəsinin böyük məsləhətçisi Səmra Əliyeva “Gənclərin məişət zorakılığı və onun qarşısının alınması, nəticələrinin aradan qaldırılması istiqamətində maarifləndirilməsi” mövzusunda çıxış edib. Komitənin Ailə Problemləri şöbəsinin baş məsləhətçisi Rafiq Mahmudov isə “Özümüzü məişət zorakılığından necə qorumalıyıq?” mövzusunda statistik məlumatların əks olunduğu təqdimat edib.

Sonda “Affekt” adlı mövzu üzrə qısametrajlı film nümayiş olunub.

Qeyd edək ki, görüş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”na əsasən keçirilib.

İctimaiyyətlə əlaqələr şöbəsi
16.11.2021

DİGƏR XƏBƏRLƏR