XƏBƏRLƏR
Müəllim və tələbələrimiz “İrəli” İctimai Birliyinin qonağı olublar
Azərbaycan Universitetinin Sosial işin təşkili kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Tünzalə Verdiyeva, Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş və Gənclərlə iş ixtisaslarında magistratura təhsili alan, Sosial iş və Təhsildə sosial-psixoloji xidmət ixtisaslarında bakalavriat təhsili alan tələbələr birlikdə "İrəli" İctimai Birliyinin qonağı olublar.
Bir neçə hissədən ibarət olan görüşdə əvvəlcə birliyin İdarə Heyətinin sədri Şahin Rəhmanlı tələbələrə birliyin fəaliyyəti və həyata keçirdiyi layihələr haqqında məlumat verib. Bildirib ki, rəhbərlik etdiyi təşkilatın əsas məqsədi dövlət gənclər siyasətinin inkişafına dəstək ola biləcək hər bir gəncin layihəsinin stimullaşdırılması və dövlət maraqlarını qoruyan vətəndaşların formalaşdırılmasında iştirak etməkdir. Çıxışın ardından “İrəli” İctimai Birliyinin fəaliyyəti ilə bağlı təqdimat olub, həmçinin videoçarxlar nümayiş etdirilib.
Görüşün ikinci hissəsində “İrəli” İctimai Birliyinin ali təhsil müəssisələri üzrə koordinatorları sırasına Azərbaycan Universiteti üzrə Gənclərlə iş ixtisasında magistratura təhsili alan Abdullayev Aydın Elşən oğlu təqdim edildi.
Daha sonra “Gənclərlə iş və Qeyri-formal təhsil” haqqında təlim və qrup işi keçirilib.
Tünzalə Verdiyeva “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə hazırda III mövsümü davam edən "Essentials of Social Work" təhsil proqramının rəhbəri, Azərbaycan Universitetinin Gənclərlə iş ixtisası üzrə məzunu Günel Abbaszadənin fəaliyyətini yüksək qiymətləndirib və Sosial işin təbliğinə yer ayırdıqları, dəvətə və infoturun maraqlı təşkilinə görə Şahin Rəhmanlıya təşəkkür edib.
Sonda tələbələrin sualları cavalandırılıb və təklifləri müzakirə edilib.
İctimaiyyətlə əlaqələr şöbəsi