XƏBƏRLƏR

Pakistanın beyin mərkəzinin tədqiqatçısı Azərbaycan Universitetində olub

Pakistanın beyin mərkəzinin tədqiqatçısı Azərbaycan Universitetində olub

08 oktyabr 2025

Baxış sayı: 78

Pakistanın “MUSLIM Institute” beyin mərkəzinin tədqiqatçısı Muhammad Azeem Azərbaycan Universitetində olub. İqtisadiyyat və idarəetmə kafedrasının təşkilatçılığı ilə keçirilən görüşdə qonaq universitetin elmi-tədqiqat fəaliyyəti ilə tanış olub, tərəflər arasında qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.  

Elmi işlər üzrə prorektor, riyaziyyat elmləri doktoru Yusif Qasımov ilə görüşdə pakistanlı qonağa Azərbaycan Universiteti haqqında ətraflı məlumat verilib, “MUSLIM Institute” beyin mərkəzi ilə birgə elmi məqalələrin hazırlanması, beynəlxalq konfransların təşkili və təhsil-tədqiqat sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsi kimi sahələrdə mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub. Muhammad Azeem də öz növbəsində təmsil etdiyi təşkilatın fəaliyyəti haqqında məlumat verib və Azərbaycan Universiteti ilə əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduqlarını bildirib.

Daha sonra “MUSLIM Institute” beyin mərkəzinin fəaliyyətini əks etdirən iki təqdimat videosu kafedra əməkdaşlarına və Marketinq ixtisası üzrə təhsil alan bir qrup tələbəyə təqdim edilib. 

Təqdimatın ardından tələbələrin ünvanladığı suallar cavablandırılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR