XƏBƏRLƏR

Kastamonu Universitetinin professoru Tolga Ulusoy Azərbaycan Universitetində mühazirə oxuyur

Türkiyənin Kastamonu Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin  professoru Tolga Ulusoy əməkdaşlıq müqaviləsi çərçivəsində Azərbaycan Universitetində tədris prosesinə qoşulub. Qonaq professor hazırda Biznes və iqtisadiyyat fakültəsinin Biznesin idarə edilməsi, İqtisadiyyat, Maliyyə, Marketinq və Mühasibat ixtisaslarında təhsil alan tələbələrə ingilis və türk dillərində bir sıra ixtisas fənlərini tədris edir. Professor Tolga Ulusoy indiyə qədər “Ekonofizika” fənni çərçivəsində “Ekonofizikanın tətbiq sahələri”, həmçinin “Davranış maliyyəsi I” və “Davranış maliyyəsi II” mövzularında mühazirə oxuyub.

Tədrislə yanaşı, professor Tolga Ulusoy 23-25 may 2025-ci il tarixlərində Azərbaycan Universitetinin ev sahibliyi və təşkilatçılığı ilə keçiriləcək 2-ci “Social Work & Social Research” (Sosial iş və sosial tədqiqat) adlı beynəlxalq elmi konfransda da iştirak edəcək.

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR