XƏBƏRLƏR

Prorektor Yusif Qasımov beynəlxalq elmi seminarda məruzə edib

Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru, r.e.d. Yusif Qasımov “Analiz və tətbiqi riyaziyyat” həftəlik beynəlxalq elmi seminarında məruzə ilə çıxış edib. Prorektor seminarda dəyişən oblastlı məxsusi ədəd məsələləri, oblasta nəzərən tərs spektral məsələ və bu kimi istiqamətlərdə aldığı nəticələr, onların bəzi mexaniki sistemlərə tətbiqləri haqqında məlumat verib və müzakirələr zamanı ona ünvanlanan sualları cavablandırıb.

Hər həftə ZOOM platforması üzərindən təşkil edilən, dünyanın 30-a yaxın ölkəsindən 120-dən çox alimin qoşulduğu seminarın rəhbəri tanınmış riyaziyyatçı alim, Bahceşehir Universitetinin, Near East Universitetinin, Xalqlar Dostluğu Universitetinin və Riyaziyyat və Riyazi Modelləşdirmə İnstitutunun professoru Allaberen Ashyralyev olub.

Seminarın əsası 2021-ci ildə COVİD-19 pandemiyası zamanı beynəlxalq elmi konfransların, seminar və digər görüşlərin təşkilində yaranan boşluqların doldurulması, tədqiqatçılar arasında elmi əlaqələrin kəsilməzliyinin təmin edilməsi, alınan yeni nəticələrin nümayişi və müzakirəsi üçün platforma təqdim etmək məqsədi ilə qoyulub.

İctimaiyyətlə əlaqələr şöbəsi
08.06.2022


DİGƏR XƏBƏRLƏR