XƏBƏRLƏR
Semestri uğurla başa vuran Türkiyəli tələbə sertifikatla təltif olunub
Türkiyənin İnönü Universitetinin tələbəsi Osman Yılmaz 2016/2017-ci tədris ilinin payız semestrini Azərbaycan Universitetində oxuyub. Rektor Fərid Əhmədov tərəfindən semestri uğurla başa vurması səbəbiylə sertifikatla təltif olunan Osman Yılmaz İngilis dili müəllimliyi ixtisası üzrə təhsil alır, III kurs tələbəsidir. Türkiyənin Malatya şəhərindən Bakıya “Mövlanə” mübadilə proqramı ilə gəlib.
Semestri başa vuraraq Türkiyəyə qayıtmağa hazırlaşan Osman Yılmazın Azərbaycan Universitetində əldə etdiyi təhsil kreditləri İnönü Universiteti tərəfindən müvafiq qaydada tanınacaq.
Qeyd edək ki, Osman Yılmaz İnönü Universitetinin "Mövlanə" mübadilə proqramında iştirak edən ilk tələbəsidir.
İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
10.01.2017
DİGƏR XƏBƏRLƏR
Azərbaycan Universitetinin daha 16 tələbəsi PTE sertifikatını əldə edib
14 oktyabr 2026
Azərbaycan Universitetində tələbələrin innovativ layihələrdə iştirakı müzakirə olunub
13 oktyabr 2026
Doktorant Günay İsmayılovaya fəlsəfə doktoru elmi dərəcəsi verilib
12 oktyabr 2026
Doktorant Məlakə Rəcəbovaya fəlsəfə doktoru elmi dərəcəsi verilib
09 oktyabr 2026
Azərbaycan Universitetində “Beynəlxalq təhsil və karyera quruculuğu” mövzusunda seminar keçirilib
07 oktyabr 2026
Azərbaycan Universitetində doktorantlarla tanışlıq görüşü keçirilib
05 oktyabr 2026
