XƏBƏRLƏR
Siyasi elmlər kafedrasının müəllimi Ege Universitetinə ezam olunub
Azərbaycan Universitetinin Siyasi elmlər kafedrasının müəllimi Fərahilə Şükürova “Erasmus+” mübadilə proqramı çərçivəsində Türkiyənin İzmir şəhərində yerləşən Ege Universitetinə ezam olunub. Aprelin 15-dən 25-dək bu ali məktəbin Kommunikasiya (İletişim) fakültəsinin İctimaiyyətlə əlaqələr və reklam kafedrasında tədris prosesində iştirak edən Fərahilə Şükürova tələbələrə “Ulu öndər Heydər Əliyevin xarici siyasətində Türk dünyası” mövzusunda mühazirə oxuyub.
Siyasi elmlər kafedrasının əməkdaşı səfər zamanı fakültə rəhbərliyi ilə də görüşüb, universitetlər arasında əməkdaşlıq istiqamətləri, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi kimi məsələlər müzakirə olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi
DİGƏR XƏBƏRLƏR
Üç fakültə, üç ulduz: “Ulduz tələbə” layihəsinin yeni qalibləri
21 sentyabr 2026
Azərbaycan Universitetində Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib
18 sentyabr 2026
Azərbaycan Universitetinin dosenti ABŞ-də akademik səfərdə olub
16 sentyabr 2026
Azərbaycan Universitetində 2026/2027-ci tədris ilinə start verilib
15 sentyabr 2026
Bu il 22 tələbə Azərbaycan Universitetini fərqlənmə diplomu ilə bitirib
09 sentyabr 2026
Tərcümə və filologiya kafedrasının baş müəlliminə fəlsəfə doktoru elmi dərəcəsi verilib
07 sentyabr 2026
