XƏBƏRLƏR

Sosial işin təşkili kafedrasının müəllim və dissertant heyəti beynəlxalq konfransda çıxış edib

Sosial işin təşkili kafedrasının müəllim və dissertant heyəti beynəlxalq konfransda çıxış edib

02 iyun 2023

Baxış sayı: 848

Sosial işin təşkili kafedrasının müəllim və dissertant heyəti 31 may -2 iyun 2023-cü il tarixlərində Rumıniyanın Alexandru loan Cuza və  Fransanın  Lille universitetlərinin birgə təşkilatçılığı ilə keçirilən “International Conference for Doctoral, Post-Doctoral Students and Young Researchers in Humanities and Social Sciences” adlı beynəlxalq konfransda onlayn şəkildə çıxış ediblər. Tədbir Rumıniyanın İaşi şəhərində təşkil olunub.

Konfransın ilk günündə kafedranın müəllimləri p.ü.f.d., dosent Aynur Bünyatova və Nigar Şahhüseynbəyova “Features of Socio-Psychological Traumas in Post-war Period in Azerbaijan”, kafedranın “Sosial iş” ixtisası üzrə dissertantı Ülviyyə Mirzəyeva isə “The Research on Recognition of Developmetal Delay of Children under 42 months in Azerbaijan” adlı məruzələrlə  çıxış ediblər.

Konfransın ikinci günündə isə “Sosial işin təşkili” kafedrasının müdiri p.ü.f.d. Tünzalə Verdiyeva, kafedranın müəllimi Aytac Sanıyeva və Tərcümə və filologiya kafedrasının əməkdaşı Nərgiz Hüseynova “Organization of providing social services to a person (family) in difficult life conditions in Azerbaijan” adlı məruzələrini təqdim ediblər. 

Konfransın işində dünyanın müxtəlif ölkələrini təmsil edən 20-dən artıq universitetdən olan humanitar və sosial elmlər sahəsində tanınmış alimlər iştirak ediblər. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR