XƏBƏRLƏR

Stefan Cojocaru beynəlxalq konfransda plenar məruzə ilə çıxış edəcək

Stefan Cojocaru beynəlxalq konfransda plenar məruzə ilə çıxış edəcək

07 mart 2025

Baxış sayı: 265

Azərbaycan Universiteti, Sosial Tədqiqatlar Mərkəzi, Türkiyənin Fırat Universiteti və Recep Tayyip Erdoğan Universitetinin birgə təşkilatçılığı ilə 23-25 may 2025-ci il tarixlərində keçiriləcək 2-ci “Social Work & Social Research” (Sosial iş və sosial tədqiqat) beynəlxalq konfransının hazırlıqları davam edir. 

Azərbaycan Universitetinin ev sahibliyində keçiriləcək konfransın məqsədi bu sahədə çalışan tədqiqatçıların sosial iş və sosial siyasət sahəsindəki aktual məsələlərin müzakirəsinə qoşulması, əhalinin müxtəlif kateqoriyalarının sosial və psixoloji səviyyəsinin yüksəldilməsinə yönəlmiş müasir texnologiyaların, sosial təcrübələrin hazırlanması və tətbiqi sahəsində təcrübə mübadiləsidir.

Rumıniyanın Alexandru Ioan Cuza Universitetinin professoru Stefan Cojocaru konfransa plenar məruzəçi kimi dəvət olunub. Plenar məruzəçinin çıxışı “Appreciative approach in social work” mövzusunda olacaq. 

Stefan Cojocaru sosial yardım və uşaqların müdafiəsi, sosial xidmətlərin qiymətləndirilməsi, ictimai səhiyyə sahəsində qiymətləndirmə,  uşaqların müdafiəsi üzrə milli tədqiqatların əlaqələndirilməsi sahəsində təlimçi kimi zəngin təcrübəyə malikdir. H-indeksi 25 olan professorun sosial və ictimai səhiyyə sahələrində nəzəriyyə və təcrübənin müasir aspektlərinə toxunduğu sosiologiya, sosial yardım və ictimai səhiyyə sahəsində çoxsaylı elmi əsərləri dərc olunub. Stefan Cojocaru Azərbaycan Universitetinin nəşr etdiyi “Social Issues” jurnalının da baş redaktorudur.

Qeyd edək ki, konfransın birincisi 24-25 noyabr 2023-cü il tarixlərində hibrid formatda keçirilib. Sosial iş ixtisası və sosial iş təcrübəsinin beynəlxalq müstəvidə müzakirə olunduğu konfransa dünyanın 32 ölkəsindən 156 məruzə qəbul edilib. Konfransın bölmə iclaslarına isə 40-a yaxın ölkədən tədqiqatçı və mütəxəssis qoşulub. 

Konfransın səhifəsinə keçid:

https://au.edu.az/en/conferences/2nd-international-conference-on-social-work-social-research

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR