XƏBƏRLƏR

TEC sədri Vaqif Qocayevin layihəsi əsasında marketinq forumu keçirilib

TEC sədri Vaqif Qocayevin layihəsi əsasında  marketinq forumu keçirilib

16 aprel 2024

Baxış sayı: 180

Azərbaycan Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin Marketinq ixtisası üzrə II kurs tələbəsi və fakültə Tələbə Elmi Cəmiyyətinin sədri Vaqif Qocayevin müəllifi olduğu layihə əsasında “MarketinqdəSƏN” adlı forum keçirilib. Forumun işi 3 paneldə təşkil olunub.

Birinci paneldə spikerlər Göktuğ Sarı (Trilogy News) və Günel Mavliyarova (Kapital Bank) rəqəmsal marketinq, üstünlükləri və ənənəvi marketinqdən fərqləri; ikinci paneldə isə spikerlər Saday Alverdiyev (AGA Group, Bravo Technologies) və Şərifə Həsənova (Pasha Malls) ənənəvi marketinq  haqqında iştirakçılara məlumat veriblər. Üçüncü paneldə spikerlərin debatı təşkil olunub, onlar öz sahələri barədə mövqelərini verilən vaxt ərzində əsaslandırmağa çalışıblar. Sonda iştirakçıların sualları cavablandırılıb.   

“Yarat IQ Academy” tərəfindən təşkil olunan forumda tələbələrlə yanaşı millət vəkili Ceyhun Məmmədov, Azərbaycan Universitetinin və Prezident yanında Dövlət İdarəçilik Akademiyasının rəsmiləri iştirak edib. 

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR