XƏBƏRLƏR

Sosial işin təşkili kafedrasında təhsil proqramlarının əmək bazarının tələblərinə uyğunluğu müzakirə olunub

Sosial işin təşkili kafedrasında təhsil proqramlarının əmək bazarının tələblərinə uyğunluğu müzakirə olunub

20 oktyabr 2026

Baxış sayı: 10

Azərbaycan Universitetinin Sosial işin təşkili kafedrasının növbəti iclası keçirilib. İclasda Humanitar və sosial elmlər fakültəsinin dekanı, dosent Səfər Məmmədov, əmək bazarının nümayəndəsi qismində Milli Observatoriyanın Əmək bazarı və sosial müdafiə sahəsi üzrə tədqiqat departamentinin müdir müavini Əli Tağızadə və  kafedranın akademik heyət üzvləri iştirak edib. 

İclasda mövcud təhsil proqramlarının məzmunu və müasir əmək bazarının tələblərinə uyğunluğu, tələbələrdə peşəkar bilik, bacarıq və səriştələrin formalaşdırılması, həmçinin tədrisin keyfiyyətinin yüksəldilməsi məsələləri müzakirə olunub. 

Müzakirələr zamanı sosial iş sahəsində mütəxəssislərə olan tələbat, işəgötürənlərin məzunlardan gözləntiləri, nəzəri biliklərlə praktiki bacarıqların əlaqələndirilməsi, tələbələrin analitik düşünmə, ünsiyyət, problem həll etmə və rəqəmsal bacarıqlarının inkişafı diqqət mərkəzində olub.  Bununla yanaşı, təhsil proqramlarının təlim nəticələrinin əmək bazarının dəyişən ehtiyaclarına uyğunlaşdırılması, tələbələrin praktiki hazırlığının gücləndirilməsi və işəgötürənlərlə əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.

İclasın sonunda əmək bazarı nümayəndələrinin təhsil proqramlarının qiymətləndirilməsi və təkmilləşdirilməsi prosesində iştirakının, eləcə də universitetlə müvafiq qurumlar arasında davamlı əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR