XƏBƏRLƏR

Tələbələr “Golden City” hotelinin fəaliyyəti ilə tanış olublar

Tələbələr “Golden City” hotelinin fəaliyyəti ilə tanış olublar

25 dekabr 2021

Baxış sayı: 1853

Azərbaycan Universitetinin Turizm işinin təşkili ixtisası üzrə təhsil alan III kurs, 194810-cu qrupun tələbələri “Golden City” hotelində olublar. Tələbələrə Maliyyə və iqtisadiyyat kafedrasının turizm ixtisası üzrə müəllimi Qəhrəman Yusupov rəhbərlik edib. Hotelin işi ilə əyani tanışlıqda məqsəd təhsil prosesində əldə etdikləri nəzəri biliklərin praktiki olaraq tamamlanmasıdır.

Burada tələbələrə hotelin yaranması və fəaliyyəti, həmçinin əməkdaşlıq etdiyi təşkilatlar haqqında məlumat verilib. Bildiirlib ki, 4 ulduz dərəcəsinə malik hotel istehsalat müəssisələri ilə yanaşı turizm şirkətləri ilə də sıx əməkdaşlıq edir. Daha sonra tələbələr hoteldə  turistlərə təqdim olunan xidmət çeşidi ilə ətraflı tanış olublar. Onlara nömrələrin quruluşu, biribirindən fərqi, qidalanma sahəsində təklif olunan menyu, SPA-saunanın işi, digər xidmətlər haqqında da məlumat verilib.

Qeyd edək ki, 194810-cu qrupun tələbələri turist səfərlərinə həvəslə çıxırlar. Noyabr ayında onlar Qəhrəman Yusupovun rəhbərliyində Qəbələ rayonuna 2 günlük səfər edib, rayonun turizm resursları ilə tanış olublar.

İctimaiyyətlə əlaqələr şöbəsi
25.12.2021


DİGƏR XƏBƏRLƏR