XƏBƏRLƏR
İqtisadiyyat və idarəetmə kafedrası “Gerçək marketinq” mövzusunda seminar təşkil edib
Azərbaycan Universitetinin İqtisadiyyat və idarəetmə kafedrası tərəfindən biznes və iqtisadiyyat yönümlü ixtisaslarda təhsil alan, eləcə də bu sahəyə maraq göstərən tələbələr üçün “Gerçək marketinq” mövzusunda seminar təşkil edilib. Seminarda kafedranın müəllimi Elvin Kərimovun mövzuya dair mühazirəsi dinlənilib.
Əvvəlcə, kafedranın müdiri Tural Qocayev çıxış edərək tələbələrin iş dünyasının tələb etdiyi bilik və bacarıqlara yiyələnmələrinin əhəmiyyətini vurğulayıb. Kafedra müdiri bildirib ki, tələbələrin təhsil aldıqları müddət ərzində seminar, təlim, müxtəlif sosial proqramlarda, həmçinin könüllülük proqramlarında iştirakı bu istiqamətdə böyük rol oynayır.
Ardınca Elvin Kərimov marketinqin nə olduğu, şirkətlər və müştərilər arasında münasibətin tənzimlənməsi, markentinq və insan psixologiyası haqqında məlumat verib, Starbucks, Google, İphone, McDonald's, Zappos.com kimi nəhəng şirkətlərin marketinq siyasətlərini təhlil edib.
Sonda tələbələrin mövzuya dair sualları cavablandırılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi