XƏBƏRLƏR
Tələbələrimiz “Heydər Əliyev və Azərbaycan tarixi” bilik yarışında iştirak ediblər
Azərbaycan Universitetinin tələbələri Heydər Əliyev Mərkəzində keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” VII ümumrespublika bilik yarışını ilk onluqda – səkkizinci yerdə başa vurublar. Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihədə bu il 48 ali təhsil müəssisəsinin komandası iştirak edib.
Bilik yarışında suallar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatı, çoxşaxəli fəaliyyəti, irsi, eləcə də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın Ermənistanın işğalından azad olunması uğrunda aparılmış Vətən müharibəsi və zəfər tarixi ilə bağlı mövzuları əhatə edib. Münsiflər heyətində Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun nümayəndələri təmsil olunublar.
2014-cü ildən etibarən hər il həyata keçirilən layihə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi, Ulu Öndərin irsinin yaşadılması və gənclər arasında təbliği, eyni zamanda, gənc nəslin elmə, maarifləndirici yarışlara marağının artırılması məqsədini daşıyır. Builki yarış, eyni zamanda, Vətən müharibəsində əldə olunan şanlı zəfər tarixinə həsr edilib.
Komandamızın tərkibi
Zivər Məmmədova (Tərcümə, III kurs)
Musa Xambatlı (Tarix, III kurs)
Günel Yəhyayeva (Tarix, III kurs)
Nahid Məmmədov (Tarix, II kurs)
Rəşad Kəlbiyev (Sosial iş, II kurs)
Ağaqulu Əliyev (Sosial iş, II kurs)
İctimaiyyətlə əlaqələr şöbəsi
15.11.2021