XƏBƏRLƏR
Tələbəmiz budo döyüş növü üzrə birinci yeri tutub
Azərbaycan Universitetinin Sosial iş ixtisası üzrə təhsil alan III kurs tələbəsi Elçin Qurbanzadə budo döyüş növləri üzrə uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında 10-cu açıq Azərbaycan birinciliyi və çempionatında birinci yeri tutub. Elçin Qurbanzadə İmişli rayonunda keçirilən yarışda 18 yaş və üzəri kişilər arasında 85 kq çəki dərəcəsində mübarizə aparıb. Müsabiqə Xocalı Soyqırımının 26-cı ildönümünə həsr olunub.
Respublika çempionatından iki gün sonra isə tələbəmiz Bakı şəhərində keçirilən budo döyüş növləri üzrə kəmər imtahan və məşqçilik seminarında yüksək bacarıq göstərərək “1 dan qara kəmər” və məşqçilik dərəcəsinə layiq görülüb.
Elçin Qurbanzadə diplom və sertifikatla təltif olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi
13.03.2018
DİGƏR XƏBƏRLƏR
Azərbaycan Universitetinin daha 16 tələbəsi PTE sertifikatını əldə edib
14 oktyabr 2026
Azərbaycan Universitetində tələbələrin innovativ layihələrdə iştirakı müzakirə olunub
13 oktyabr 2026
Doktorant Günay İsmayılovaya fəlsəfə doktoru elmi dərəcəsi verilib
12 oktyabr 2026
Doktorant Məlakə Rəcəbovaya fəlsəfə doktoru elmi dərəcəsi verilib
09 oktyabr 2026
Azərbaycan Universitetində “Beynəlxalq təhsil və karyera quruculuğu” mövzusunda seminar keçirilib
07 oktyabr 2026
Azərbaycan Universitetində doktorantlarla tanışlıq görüşü keçirilib
05 oktyabr 2026
