XƏBƏRLƏR
Elmi tədqiqat və elmi əsərlərin hazırlanması qaydaları mövzusunda təlim keçirilib
Azərbaycan Universitetində Təlim və Tədris Mərkəzinin təşkilatçılığı ilə elmi – tədqiqat işlərinin planlaşdırılması və yerinə yetirilməsi mövzusunda təlim keçirilib. Təlimdə universitetin magistratura II kurs tələbələri iştirak edib.
Təlimi giriş sözü ilə elmi işlər üzrə prorektor, r.e.d. Yusif Qasımov açaraq elmi fəaliyyət, müasir dünyanın çağırışları və elmin qarşısında duran vəzifələr haqqında danışıb.
Daha sonra Elm şöbəsinin müdiri Lətifə Ağamalıyeva “Tezislərin hazırlanma qaydaları” və “Uğurlu təqdimat hazırlanması texnologiyası”, Riyaziyyat və informatika kafedrasının müdiri Qabil Əliyev “Magistr dissertasiyalarının hazırlanması qaydaları” mövzusunda məruzə ilə çıxış ediblər.
Təlim magistrantların suallarının cavablandırılması ilə başa çatıb.
İctimaiyyətlə əlaqələr şöbəsi
17.03.2022