XƏBƏRLƏR

Turizmçi tələbələr üçün Hərbi Qənimətlər Parkında kollokvium imtahanı təşkil olunub

Azərbaycan Universitetinin İqtisadiyyat və idarəetmə kafedrasının müəllimi Ülvi Süleymani Turizm bələdçiliyi ixtisası üzrə təhsil alan III kurs tələbələrinin 2 fəndən kollokvium imtahanını Hərbi Qənimətlər Parkı və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu”nda keçirib. 

“Ekskursiya marşrutlarının təşkili” fənnindən kollokvium mövzusu “Bakı və Abşeron yarımadasında muzeylərdə ekskursiyaların təşkili”, “Marşrutların modelləşdirilməsi” fənnindən isə kollokvium mövzusu “Ekskursiyada düzgün modelin qurulması” olub. Turizmçi tələbələr qeyd olunan məkanlarda bələdçi qismində çıxış edərək müvafiq məlumatlar verib, turun təşkili prosesini həyata keçiriblər. Qiymətləndirmə tələbələrin bələdçi qismində iştirakına əsasən həyata keçirilib. 

Ekskursiyanın sonunda tələbələr hər iki məkanın dizaynını, quruluşunu, müasir tələblərə cavab verməsini və gördükləri eksponatların müzakirəsini aparıblar. 

Tələbələr daha sonra II Fəxri Xiyabanı da ziyarət edib, Azərbaycanın suverenliyinin, müstəqilliyinin qorunması və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olanların xatirəsini ehtiramla yad ediblər. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR