XƏBƏRLƏR

“Turist qruplarında münaqişələr” mövzusunda interaktiv dərs təşkil olunub

Azərbaycan Universitetinin Sosial işin təşkili kafedrasının baş müəllimi Lalə Babayeva tərəfindən “Turist qruplarında münaqişələr: yaranma səbəbləri və aradan qaldırılması yolları” mövzusunda interaktiv dərs təşkil olunub. Lalə Babayevanın tədris etdiyi “Turist davranışı və psixologiyası” fənni çərçivəsində keçirilən dərsdə Turizm işinin təşkili və Təhsildə sosial-psixoloji xidmət ixtisaslarının III kurs tələbələri iştirak ediblər. 

İnteraktiv dərsdə tələbələr arasında qrup işləri həyata keçirilib. Turizm işinin təşkili ixtisasının tələbələri fərqli terapiya üsullarından istifadə etməklə turistlərlə davranış strategiyalarını müəyyənləşdiriblər. Onlar eyni zamanda rol oyunlarına cəlb olunaraq müxtəlif turizm şirkətlərini canlandırıblar. Tərəflər arasında qarşılıqlı əməkdaşlıq şəraitində turist qruplarında baş verə biləcək münaqişələrin yaranma səbəbləri və onların psixoloji üsullarla aradan qaldırılması yolları birgə təhlil edilib.

İkinci mərhələdə isə Təhsildə sosial-psixoloji xidmət ixtisasının tələbələri tərəfindən turist davranışı və psixologiyası ilə bağlı psixoloji testlər hazırlanaraq turizmçi  tələbələrlə birgə tətbiq olunub. Bu yanaşma tələbələrə həm nəzəri biliklərini möhkəmləndirmək, həm də real praktik bacarıqlarını inkişaf etdirmək imkanı yaradıb.

İnteraktiv dərs tələbələr arasında qarşılıqlı öyrənmə və əməkdaşlıq mədəniyyətinin gücləndirilməsi, eyni zamanda turizm sahəsində psixoloji yanaşmaların tətbiqi imkanlarının nümayiş etdirilməsi məqsədilə təşkil olunub. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR