XƏBƏRLƏR
Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva IAAR sədri ilə görüşüb
Azərbaycan Universiteti beynəlxalq akkreditasiya üçün mühüm addımlar atmağa davam edir. Universitetin rektoru Səadət Əliyeva bu istiqamətdə Qazaxıstanın Müstəqil Akkreditasiya və Reytinq Agentliyinin (Independent Agency for Accreditation And Rating / IAAR) sədri Alina Jumaqulova və təşkilatın layihə rəhbəri Quliyaş Niyazovanı qəbul edib. Görüşdə proqram və institusional akkreditasiya standartları və meyarları müzakirə mövzusu olub. Tərəflər ali təhsildə akkreditasiyanın aparıcı beynəlxalq təcrübəyə əsaslanmasının əhəmiyyətini vurğulayıb və əməkdaşlıq etməkdən məmnunluq duyacaqlarını ifadə ediblər.
Qeyd edək ki, 2011-ci ildə fəaliyyətə başlayan IAAR ali təhsil müəssisələrinin institusional akkreditasiya, tədris proqramlarının akkreditasiyası başda olmaqla müxtəlif istiqamətlərdə akkreditasiyasını həyata keçirir. Agentlik təhsildə keyfiyyətin təminatı üzrə aparıcı beynəlxalq akkreditasiya təşkilatlarından biridir.
İctimaiyyətlə əlaqələr şöbəsi