XƏBƏRLƏR
Tələbələr üçün “Karyeramda ilk addım” mövzusunda təlim keçirilib
Azərbaycan Universitetinin Biznes və iqtisadiyyat fakültəsində təhsil alan tələbələri üçün “Karyeramda ilk addım” mövzusunda təlim keçirilib. Təlimi İqtisadiyyat və idarəetmə kafedrasının müəllimi Tərlan Rəsulov aparıb.
Tədbiri kafedranın müdiri Tural Qocayev açaraq təlimin mövzusu haqqında məlumat verib və karyera planlamasının tələbələr üçün vacibliyini vurğulayıb.
Sonra Tərlan Rəsulov özünü tanıma, iş dünyası araşdırması, ilkin iş təcrübəsi, qərar vermə prosesi, iş axtarma prosesi, karyeranın idarə edilməsi məsələlərinə toxunub.
İnteraktiv müzakirələrlə davam edən təlimdə iştirakçılara peşəkar inkişaf üçün atılmalı olan addımlar və əmək bazarına çıxışın yolları da izah olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi
DİGƏR XƏBƏRLƏR
Azərbaycan Universitetinin daha 16 tələbəsi PTE sertifikatını əldə edib
14 oktyabr 2026
Azərbaycan Universitetində tələbələrin innovativ layihələrdə iştirakı müzakirə olunub
13 oktyabr 2026
Doktorant Günay İsmayılovaya fəlsəfə doktoru elmi dərəcəsi verilib
12 oktyabr 2026
Doktorant Məlakə Rəcəbovaya fəlsəfə doktoru elmi dərəcəsi verilib
09 oktyabr 2026
Azərbaycan Universitetində “Beynəlxalq təhsil və karyera quruculuğu” mövzusunda seminar keçirilib
07 oktyabr 2026
Azərbaycan Universitetində doktorantlarla tanışlıq görüşü keçirilib
05 oktyabr 2026
