XƏBƏRLƏR

Azərbaycan Universitetində “Vaxtın idarə edilməsi” mövzusunda təlim təşkil olunub

Azərbaycan Universitetində  “Vaxtın idarə edilməsi” mövzusunda təlim təşkil olunub

10 iyun 2026

Baxış sayı: 153

Azərbaycan Universitetində Ömürboyu təhsilə dəstək: Təlim-Tədris Mərkəzi və İnsan resursları şöbəsinin birgə təşkilatçılığı ilə inzibati heyət üzvləri üçün “Vaxtın idarə edilməsi” (Time management) mövzusunda təlim keçirilib. Təlim mərkəzin müdiri Samir Salayev tərəfindən interaktiv formada təşkil olunub. 

Təlimdə iştirakçılara günlük iş proseslərində vaxt itkilərinin qarşısını alma, “Eisenhower Matrisi” vasitəsilə işlərin vaciblik və təcillik səviyyəsinə görə prioritetləşdirilməsi və hansı işə əvvəlcə başlanılmasının müəyyən edilməsi, “Parkinson” qanunu və “Pomodoro” texnikası ilə işin vaxt çərçivəsinə uyğun idarə olunması, 25 dəqiqəlik fokuslanmış iş intervalları ilə məhsuldarlığın artırılması bacarıqları praktiki formada təqdim olunub, təlim tapşırığı yerinə yetirilib.

Təlimdə həmçinin vaxtın düzgün planlaşdırılması və səmərəli idarə olunması ilə bağlı tövsiyələr verilib. Tədbir iştirakçıları şəxsi təcrübələrini bölüşərək gündəlik həyatlarında qarşılaşdıqları çətinlikləri müzakirə ediblər.

İki növbəli təşkil olunan təlimdə inzibati heyətin 39 əməkdaşı iştirak edib. 

Təlim sual- cavab sessiyası ilə yekunlaşıb. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR