“Sossfera” Sosial İnkişaf Klubu 2024/2025-ci tədris ilinin yaz semestrində fəaliyyətə başlayıb. Sosial işin təşkili kafedrasının nəzdində təsis olunan kluba Sosial iş ixtisası üzrə II kurs tələbəsi Cansu Nəzərova sədrlik edir.
Instagram: @sossfera
Sossfera Sosial İnkişaf Klubu universitetin sosial yönümlü sahələrinə maraq göstərən tələbələri bir araya gətirən elmi və sosial bir platformadır. Klubun əsas məqsədi Azərbaycan Universitetində və Azərbaycanda “Sosial iş” ixtisasının tanıdılması, öyrənilməsi, gənc nəslin bu sahəyə marağının artırılması, sosial iş sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, tətbiq edilməsi, yerli və xarici ölkələrdə fəaliyyət göstərən təşkilatlarla əlaqələrin yaradılması və onlarla əməkdaşlıq etməkdir.
“Sossfera” müxtəlif təlimlər, seminarlar, sosial layihələr və tərəfdaşlıq əsaslı fəaliyyətlər həyata keçirərək tələbələrin kommunikasiya, liderlik, komanda işi və təşkilatçılıq bacarıqlarını inkişaf etdirməsinə dəstək olur.
Klubun fəaliyyət planı (2025\2026-cı tədris ili üzrə)
I semestr (sentyabr – dekabr)
- Yeni üzvlərin qəbulu və tələbə motivasiya görüşü
- “Bir Ümid, Bir Gülüş” adlı tədbir
Mövzu: Sosial işin cəmiyyətdə rolu, sosial psxiologiya
Qonaq: Səbinə Bayramova, Əminə Məmmədova - “Erkən nikah-itirilmiş arzular” adlı diskussiya
Mövzu: Erkən nikah-gənclərin gələcəyinə,təhsilinə və arzularına təsir edən ciddi sosial problemin qarşısının alınması
Qonaq: Kəmalə Ağazadə - “Sağlam Gənclik, Güclü Gələcək” adlı diskussiya
Mövzu: Narkotiklər və zərərli vərdişlərə son,sağlam həyat tərzi gənclərin gələcəyi ,inkişafı və uğurlu cəmiyyətin qurulması
Qonaq: Nail Kəmərli - “Zəfər-Qəhrəmanların Səsində” adlı diskussiya
Mövzu: Azərbaycanın 5 illik zəfər tarixi və müharibənin ağrlı tərəfləri
Qonaq: Qəzənfər Ağayev, Ramazan Hudulov və Fərid Bağırlı - “Xarıbülbül qoxusu” adlı tədbir
Mövzu: Zəfər Günün tarixi və mənəvi əhəmiyyəti
Qonaq: Habil Məmmədrzayev, Kamil Musəvi - “Səssiz qışqırığı dinlə” adlı diskussiya
Mövzu: Müasir Azərbaycan təhsili: problemlər və həll yolları
Qonaq: Misir Mərdanov - “Sındırılmış oyuncaqlar” adlı diskussiya
Mövzu:Uşaq əməyinin və uşaqların cinsi istismarının qarşısının alınması məişət zorakılığı
Qonaq: Hicran Hüseynova
Klubun keçirdiyi tədbirlər