XƏBƏRLƏR

Azərbaycan Universitetinin əməkdaşları Türkiyədə keçirilən “Beynəlxalq Həftə”də iştirak edir

Azərbaycan Universitetinin əməkdaşları Türkiyədə keçirilən “Beynəlxalq Həftə”də iştirak edir

17 oktyabr 2025

Baxış sayı: 105

Azərbaycan Universiteti Türkiyənin Kastamonu Universitetində keçirilən “Beynəlxalq İşçi Həftəsi”ndə (International Staff Week) təmsil olunur. Tədbirdə universitetin Siyasi və ictimai elmlər kafedrasının müdiri Elvin Talışınski və Biznes və iqtisadiyyat fakültəsinin dekan müavini Nahid Almasov iştirak edir. Beynəlxalq tədbir çərçivəsində 20-yə yaxın ölkənin universitetləri ilə əməkdaşlıq imkanları müzakirə olunur, gələcək birgə layihələrin reallaşdırılması perspektivləri qiymətləndirilir.

Kastamonu Universiteti tərəfindən təşkil olunan tədbirin məqsədi universitetlər arasında beynəlxalq akademik əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. 

Səfər çərçivəsində Biznes və iqtisadiyyat fakültəsinin dekan müavini Nahid Almasov Kastamonu Universiteti tələbələrinə “Menecment iqtisadiyyatı” fənnindən “Qeyri-müəyyənlik şəraitində qərarvermə” (Decision making under uncertainty) və “Qiymət diskriminasiyası” (Price discrimination) mövzularında mühazirə oxuyub.

Kafedra müdiri Elvin Talışınski isə böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadənin anım mərasimində çıxış edərək onun yaradıcılığının türk dünyasının mənəvi birliyindəki roluna dair fikirlərini bölüşüb.

5 günlük proqram bu gün bağlanış mərasimi ilə yekunlaşıb. Mərasimdə Kastamonu Universitetinin rəhbərliyi tərəfindən tədbirin bütün iştirakçılarına, o cümlədən Azərbaycan Universitetinin nümayəndələrinə müvafiq sertifikatlar təqdim olunub. 

İctimaiyyətlə əlaqələr şöbəsi

          


DİGƏR XƏBƏRLƏR