XƏBƏRLƏR
Sosial işin təşkili kafedrasında növbəti işgüzar görüş keçirilib
Sosial işin təşkili kafedrasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmi dəvəti ilə Azərbaycanda səfərdə olan Ankara Sosial Bilimlər Universitetinin dosenti, hüquq üzrə fəlsəfə doktoru, ailə mediasiyası üzrə mütəxəssis, Türk Dünyası Mediatorlar Birliyinin Təhsil Komissiyasının sədri Yasemin Güllüoğlu ilə görüş keçirilib. Görüşdə Azərbaycan Universitetini kafedranın müdiri Nigar Şahhüseynbəyova və Sosial-Psixoloji Tədqiqat və Məsləhət Mərkəzinin direktoru Aygün Muradlı təmsil ediblər.
Görüş zamanı tərəflər təmsil etdikləri ali təhsil müəssisələrinin fəaliyyəti, son bir neçə il ərzində əldə olunmuş uğurlar haqqında ətraflı məlumat verib, mümkün əməkdaşlıq istiqamətlərini nəzərdən keçiriblər. Mediasiya sahəsində birgə tədqiqatların aparılması, təlim və seminarların keçirilməsi və bu kimi məsələlər də müzakirə olunan mövzular arasında olub.
İctimaiyyətlə əlaqələr şöbəsi