Beynəlxalq ticarət və logistika

  • İxtisasın adı: Beynəlxalq ticarət və logistika
  • İxtisas qrupu: II
  • Fakültə: Biznes və iqtisadiyyat
  • Təhsilin səviyyəsi: Bakalavriat
  • Təhsilin müddəti və forması: 4 il (8 semestr), əyani
  • Tədrisin dili: Azərbaycan dili
  • Məzuna verilən ixtisas dərəcəsi: Bakalavr
  • Təhsil haqqı: Azərbaycan bölməsi, əyani – 2000 AZN

Beynəlxalq ticarət və logistika ixtisası qlobal ticarət əməliyyatlarının təşkili, məhsul və xidmətlərin beynəlxalq bazarlarda hərəkətinin təmin edilməsi və logistika proseslərinin idarə olunması üzrə mütəxəssislər hazırlayır.

Bu ixtisası seçmək istəyən abituriyentlərdə analitik düşünmə, təşkilatçılıq, ünsiyyət, xarici dillərə, logistika və beynəlxalq ticarət sahələrinə marağın olması üstünlükdür.

Təhsil

Tələbələrə beynəlxalq ticarət, logistika, gömrük işi, nəqliyyat sistemləri, təchizat zəncirinin idarə edilməsi, beynəlxalq marketinq, xarici iqtisadi fəaliyyət və beynəlxalq biznes hüququ tədris edilir.

Karyera imkanları 

Məzunlar logistika şirkətlərində, idxal-ixrac müəssisələrində, gömrük və xarici ticarət sahəsində, nəqliyyat şirkətlərində, dəniz və hava limanlarında, beynəlxalq ticarət və istehsal müəssisələrində fəaliyyət göstərə bilərlər.

İxtisasın gələcəyi

Qlobal ticarətin, elektron kommersiyanın və beynəlxalq təchizat zəncirlərinin inkişafı logistika və beynəlxalq ticarət sahəsində yeni peşə istiqamətlərini önə çıxarır və peşəkar mütəxəssislərə olan tələbatı ildən-ilə artırır.

  • Beynəlxalq ticarət və logistika ixtisasının Təhsil Proqramını BURADAN yükləyə bilərsiniz. 
  • Beynəlxalq ticarət və logistika ixtisasının Tədris Planını BURADAN görə bilərsiniz.