Marketinq

  • İxtisasın adı: Marketinq
  • İxtisas qrupu: II
  • Fakültə: Biznes və iqtisadiyyat 
  • Təhsilin səviyyəsi: Bakalavriat
  • Təhsilin müddəti və forması: 4 il (8 semestr), əyani
  • Tədrisin dili: Azərbaycan dili, ingilis dili
  • Məzuna verilən ixtisas dərəcəsi: Bakalavr
  • Təhsil haqqı: Azərbaycan bölməsi, əyani – 2500 AZN
  • Təhsil haqqı: İngilis bölməsi, əyani – 2700 AZN
  • Bu ixtisasa qəbul həm Azərbaycan, həm də ingilis bölməsi üzrə aparılır. İngilis bölməsinə qəbul olan tələbələrin təhsil müddəti ingilis dili hazırlığı üçün 1 (bir) tədris ili ayrılmaqla 5 ildir.

Marketinq ixtisası istehlakçı davranışı, bazar araşdırmaları, məhsul və xidmətlərin mövqeləndirilməsi, bazarda uğurla təqdim edilməsi və marketinq strategiyalarının hazırlanması üzrə mütəxəssislər hazırlayır. Bu ixtisası seçmək istəyən abituriyentlərdə yaradıcılıq, ünsiyyət, analitik düşünmə, yeniliklərə maraq və komandada işləməyə marağın olması üstünlükdür.

Təhsil 

Tələbələrə marketinqin əsasları, rəqəmsal marketinq, bazar araşdırmaları, brend menecmenti, reklam və ictimaiyyətlə əlaəqlər, satışın idarə edilməsi, istehlakçı davranışı və marketinq strategiyaları tədris olunur. Onlar marketinq tədqiqatlarının aparılması, istehlakçıların davranışının modelləşdirilməsi və bazarın seqmentləşdirilməsi məsələləri, marketinqin kommunikasiya sistemi, məhsulların bölüşdürülməsi və satış kanallarının formalaşdırılması, strateji marketinq planlaşdırılması prosesinin həyata keçirilməsi kimi  bilik və bacarıqlara sahib olurlar.

Karyera imkanları

Məzunlar şirkətlərin marketinq şöbələrində, reklam və ictimaiyyətlə əlaqələr agentliklərində, media qurumlarında, rəqəmsal marketinq şirkətlərində, elektron ticarət platformalarında və beynəlxalq şirkətlərdə fəaliyyət göstərə bilərlər.

İxtisasın gələcəyi

Rəqəmsal marketinq, sosial media, elektron ticarətin inkişafı marketinq sahəsində yeni fəaliyyət istiqamətlərinin formalaşmasına və rəqəmsal bacarıqlara tələbatın artmasına təsir göstərir, bu sahəni gələcəyin ən dinamik peşələrindən birinə çevirir.

  • Marketinq ixtisasının Təhsil Proqramını BURADAN yükləyə bilərsiniz.
  • Marketinq ixtisasının (Əyani) Tədris Planını BURADAN yükləyə bilərsiniz.
  • Marketinq ixtisasının Tədris Planını ingilis bölməsi üçün BURADAN yükləyə bilərsiniz.
  • Marketinq ixtisasının (Qiyabi) Tədris Planını BURADAN yükləyə bilərsiniz.