Kompüter mühəndisliyi

  • İxtisasın adı: Kompüter mühəndisliyi
  • İxtisas qrupu: I
  • Fakültə: İnformasiya-kommunikasiya texnologiyaları fakültəsi
  • Təhsilin səviyyəsi: Bakalavriat
  • Təhsilin müddəti və forması: 4 il (8 semestr), əyani
  • Tədrisin dili: Azərbaycan dili
  • Məzuna verilən ixtisas dərəcəsi: Bakalavr
  • Təhsil haqqı: Azərbaycan bölməsi, əyani – 2500 AZN

Kompüter mühəndisliyi ixtisasını seçən abituriyentlərin riyazi hazırlığı, analitik və məntiqi düşünmə qabiliyyəti, texniki yaradıcılığı, problem həll etmə bacarığı və yeni texnologiyalara marağı olmalıdır.

İxtisas kompüter sistemlərinin proqram və avadanlıq hissələrinin layihələndirilməsi, hazırlanması və təkmilləşdirilməsi ilə məşğul olan mütəxəssislərin yetişdirilməsinə yönəlib. Bu ixtisas proqram təminatı ilə elektron avadanlıqların vəhdətini öyrənən mühəndislik sahəsidir.

Təhsil 

Təhsil müddətində proqramlaşdırma, alqoritmlər, verilənlər bazaları, kompüter arxitekturası, mikroprosessor sistemləri, rəqəmsal elektronika, kompüter şəbəkələri, əməliyyat sistemləri, süni intellekt və quraşdırılmış (embedded) sistemlər tədris olunur.

Karyera imkanları

Məzunlar İT şirkətlərində, sənaye və istehsalat müəssisələrində, telekommunikasiya şirkətlərində, elektronika və avtomatlaşdırma sahəsində fəaliyyət göstərən müəssisələrdə, dövlət qurumlarında və elmi-tədqiqat mərkəzlərində proqram mühəndisi, kompüter mühəndisi, sistem mühəndisi, embedded sistemlər üzrə mütəxəssis, şəbəkə mühəndisi və texniki layihə rəhbəri kimi çalışa bilərlər.

İxtisasın gələcəyi

Süni intellekt, robototexnika, ağıllı cihazlar, avtomatlaşdırma və yüksək məhsuldarlıqlı hesablama sistemlərinin inkişafı kompüter mühəndislərinə olan tələbatı artırır. Bu ixtisas gələcəyin ən innovativ və perspektivli mühəndislik sahələrindən biri olmaqla məzunlara həm ölkə daxilində, həm də beynəlxalq əmək bazarında geniş karyera imkanları təqdim edir.

  • Kompüter mühəndisliyi ixtisasının Təhsil Proqramını BURADAN yükləyə bilərsiniz.
  • Kompüter mühəndisliyi ixtisasının Tədris Planını BURADAN yükləyə bilərsiniz.