İqtisadiyyat

  • İxtisasın adı: İqtisadiyyat
  • İxtisas qrupu: II
  • Fakültə: Biznes və iqtisadiyyat
  • Təhsilin səviyyəsi: Bakalavriat
  • Təhsilin müddəti və forması: 4 il (8 semestr), əyani
  • Tədrisin dili: Azərbaycan dili, ingilis dili
  • Məzuna verilən ixtisas dərəcəsi: Bakalavr
  • Təhsil haqqı: Azərbaycan bölməsi, əyani – 2500 AZN
  • Təhsil haqqı: İngilis bölməsi, əyani – 2700 AZN
  • Bu ixtisasa qəbul həm Azərbaycan, həm də ingilis bölməsi üzrə aparılır. İngilis bölməsinə qəbul olan tələbələrin təhsil müddəti ingilis dili hazırlığı üçün 1 (bir) tədris ili ayrılmaqla 5 ildir.

İqtisadiyyat ixtisası iqtisadi proseslərin təhlili, resursların bölüşdürülməsi və iqtisadi inkişafın əsaslarının öyrənilməsi üzrə mütəxəssislər hazırlayır. Tələbələr ölkə və dünya iqtisadiyyatında baş verən dəyişiklikləri təhlil etməyi və iqtisadi prosesləri qiymətləndirməyi öyrənirlər. Bu ixtisası seçmək istəyən abituriyentlərdə analitik, məntiqi və riyazi düşünmə, iqtisadi proses və hadisələrə marağın olması üstünlükdür.

Təhsil 

Tələbələr mikroiqtisadiyyat, makroiqtisadiyyat, iqtisadi statistika, ekonometrika, maliyyə, pul-kredit sistemi, beynəlxalq iqtisadiyyat, iqtisadi siyasət və iqtisadi təhlil metodları kimi sahələrdə bilik və bacarıqlar əldə edirlər.

Karyera imkanları 

Məzunlar dövlət qurumlarında, bank və maliyyə təşkilatlarında, beynəlxalq şirkətlərdə, konsaltinq şirkətlərində, tədqiqat mərkəzlərində və müxtəlif özəl şirkətlərdə iqtisadçı, analitik, ekspert və məsləhətçi kimi fəaliyyət göstərə bilərlər.

İxtisasın gələcəyi

İqtisadi təhlil, məlumatların qiymətləndirilməsi və strateji planlaşdırmanın müxtəlif sahələrdə əhəmiyyətinin artması iqtisadçılar üçün fərqli fəaliyyət istiqamətlərinin formalaşmasına təsir göstərir. İxtisas həm dövlət, həm də özəl sektorda geniş karyera imkanları təqdim edir.

  • İqtisadiyyat ixtisasının Təhsil Proqramını BURADAN yükləyə bilərsiniz.
  • İqtisadiyyat ixtisasının Tədris Planını Azərbaycan bölməsi üçün BURADAN yükləyə bilərsiniz.
  • İqtisadiyyat ixtisasının Tədris Planını ingilis bölməsi üçün BURADAN yükləyə bilərsiniz.