Biznesin idarə edilməsi

  • İxtisasın adı: Biznesin idarə edilməsi
  • İxtisas qrupu: II
  • Fakültə: Biznes və iqtisadiyyat
  • Təhsilin səviyyəsi: Bakalavriat
  • Təhsilin müddəti və forması: 4 il (8 semestr), əyani
  • Tədrisin dili: Azərbaycan dili, ingilis dili
  • Məzuna verilən ixtisas dərəcəsi: Bakalavr
  • Təhsil haqqı: Azərbaycan bölməsi, əyani – 2500 AZN
  • Təhsil haqqı: İngilis bölməsi, əyani – 2700 AZN
  • Bu ixtisasa qəbul həm Azərbaycan, həm də ingilis bölməsi üzrə aparılır. İngilis bölməsinə qəbul olan tələbələrin təhsil müddəti ingilis dili hazırlığı üçün 1 (bir) tədris ili ayrılmaqla 5 ildir.

    Biznesin idarə edilməsi ixtisası müəssisələrin idarə olunması, strateji qərarların qəbulu və biznes proseslərinin təşkili sahəsində mütəxəssislər hazırlayır. Bu ixtisası seçmək istəyən abituriyentlərdə analitik düşünmə, təşkilatçılıq, ünsiyyət, təşəbbüskarlıq və komandada işləməyə marağın olması üstünlükdür.

    Təhsil 

    Tələbələr menecment, marketinq, maliyyə, insan resurslarının idarə edilməsi, strateji idarəetmə, biznes planlaması, sahibkarlıq, layihələrin idarə edilməsi, biznes hüququ və rəqəmsal biznes texnologiyaları sahələrində bilik və bacarıqlar əldə edirlər. Həmçinin biznes mühitini təhlil etməyi, resursların idarə olunmasını və biznesin inkişafına yönəlmiş yanaşmaları öyrənirlər.

    Karyera imkanları 

    Məzunlar dövlət qurumlarında, özəl müəssisələrdə, banklarda, sığorta şirkətlərində, istehsal və xidmət sektorunda, konsaltinq şirkətlərində, beynəlxalq təşkilatlarda, startaplarda və ailə bizneslərində müxtəlif idarəetmə, analitika, insan resursları və layihə idarəetməsi istiqamətlərində çalışa bilərlər.

    İxtisasın gələcəyi

    Rəqəmsal transformasiya, yeni biznes modellərinin inkişafı və sahibkarlıq fəaliyyətinin müxtəlif sahələrdə genişlənməsi biznesin idarə edilməsi üzrə biliklərə ehtiyacı artırır və məzunlar üçün müxtəlif fəaliyyət istiqamətləri formalaşdırır.

  • Biznesin idarə edilməsi ixtisasının Təhsil Proqramını BURADAN yükləyə bilərsiniz.
  • Biznesin idarə edilməsi ixtisasının (Əyani) Tədris Planını üçün BURADAN yükləyə bilərsiniz.
  • Biznesin idarə edilməsi ixtisasının (Qiyabi) Tədris Planını üçün BURADAN yükləyə bilərsiniz.
  • Biznesin idarə edilməsi ixtisasının Tədris Planını ingilis bölməsi üçün BURADAN yükləyə bilərsiniz.