İnformasiya texnologiyaları

  • İxtisasın adı: İnformasiya texnologiyaları
  • İxtisas qrupu: I
  • Fakültə: İnformasiya-kommunikasiya texnologiyaları fakültəsi
  • Təhsilin səviyyəsi: Bakalavriat
  • Təhsilin müddəti və forması: 4 il (8 semestr), əyani
  • Tədrisin dili: Azərbaycan dili
  • Məzuna verilən ixtisas dərəcəsi: Bakalavr
  • Təhsil haqqı: Azərbaycan bölməsi, əyani – 2500 AZN

İnformasiya texnologiyaları ixtisasını seçən abituriyentlərin riyazi və məntiqi təfəkkürü, analitik düşünmə qabiliyyəti, problem həll etmə bacarığı və texnologiyalara marağı olmalıdır. 

İnformasiya texnologiyaları ixtisası informasiya sistemlərinin hazırlanması, idarə olunması və təhlükəsizliyini təmin edən mütəxəssislərin hazırlanmasına yönəlib. Tələbələr proqram təminatının yaradılması, kompüter şəbəkələri, verilənlər bazaları və müasir rəqəmsal texnologiyalar sahəsində biliklər əldə edirlər.

Təhsil 

Təhsil müddətində proqramlaşdırma dilləri, alqoritmlər, verilənlər bazalarının idarə edilməsi, kompüter şəbəkələri, əməliyyat sistemləri, informasiya təhlükəsizliyi, veb və mobil tətbiqlərin hazırlanması, süni intellekt və bulud texnologiyalarının əsasları tədris olunur.

Karyera imkanları 

Məzunlar İT şirkətlərində, bank və maliyyə sektorunda, dövlət qurumlarında, telekommunikasiya şirkətlərində, sənaye müəssisələrində, təhsil və səhiyyə müəssisələrində, həmçinin startaplarda proqramçı, sistem administratoru, biznes analitik, verilənlər bazası inzibatçısı, şəbəkə mühəndisi, İT layihə meneceri və digər texnologiya yönümlü vəzifələrdə fəaliyyət göstərə bilərlər.

İxtisasın gələcəyi

Rəqəmsal transformasiya, süni intellekt, kibertəhlükəsizlik, bulud texnologiyaları və böyük verilənlərin sürətlə inkişafı informasiya texnologiyaları mütəxəssislərinə tələbatı hər il artırır. Gələcəyin ən perspektivli və yüksək əmək bazarı tələbinə malik ixtisaslarından biri hesab olunan İnformasiya texnologiyaları məzunlara həm ölkə daxilində, həm də beynəlxalq əmək bazarında geniş karyera imkanları yaradır.

  • İnformasiya texnologiyaları ixtisasının Təhsil Proqramını BURADAN yükləyə biləsiniz. 
  • İnformasiya texnologiyaları ixtisasının Tədris Planını BURADAN yükləyə biləsiniz.