Turizm işinin təşkili

  • İxtisasın adı: Turizm işinin təşkili
  • İxtisas qrupu: II
  • Fakültə: Biznes və iqtisadiyyat
  • Təhsilin səviyyəsi: Bakalavriat
  • Təhsilin müddəti və forması: 4 il (8 semestr), əyani
  • Təhsilin müddəti və forması: 5 il (10 semestr), qiyabi
  • Tədrisin dili: Azərbaycan dili, ingilis dili
  • Məzuna verilən ixtisas dərəcəsi: Bakalavr
  • Təhsil haqqı: Azərbaycan bölməsi, əyani – 3000 AZN
  • Təhsil haqqı: İngilis bölməsi, əyani - 3000 AZN
  • Təhsil haqqı: Azərbaycan bölməsi, qiyabi – 2700 AZN
  • Bu ixtisasa qəbul həm Azərbaycan, həm də ingilis bölməsi üzrə aparılır. İngilis bölməsinə qəbul olan tələbələrin təhsil müddəti ingilis dili hazırlığı üçün 1 (bir) tədris ili ayrılmaqla 5 ildir.

Turizm işinin təşkili ixtisası turizm xidmətlərinin planlaşdırılması, təşkili və idarə olunması, turistlərin səyahət və istirahətinin təşkili üzrə nəzəri və prakik biliklərə malik mütəxəssislər hazırlayır. Bu ixtisası seçmək istəyən abituriyentlərdə ünsiyyət bacarığı, təşkilatçılıq, xarici dillərə, turizmə və komandada işləməyə marağın olması üstünlükdür.

Təhsil

Tələbələr turizmin əsasları, mehmanxana və restoran biznesi, turizm marketinqi, turizm coğrafiyası, turizm menecmenti, ekskursiya işinin təşkili, xidmət standartları və beynəlxalq turizm üzrə bilik və bacarıqlar əldə edirlər. 

Karyera imkanları

Məzunlar turizm şirkətlərində, mehmanxanalarda, aviaşirkətlərdə, dövlət turizm agentliklərində, tədbir təşkilatçılığı şirkətlərində və turizm sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarda çalışa bilərlər. 

İxtisasın gələcəyi

Turizm sənayesinin sürətli inkişafı, beynəlxalq səyahətlərin artması, Azərbaycanın turizm potensialı, turizm infrastrukturunun inkişafı və xidmətlərin şaxələndirilməsi məzunların müxtəlif peşə istiqamətləri üzrə karyera imkanlarını artırır.

  • Turizm işinin təşkili ixtisasının Təhsil Proqramını BURADAN yükləyə bilərsiniz.
  • Turizm işinin təşkili ixtisasının (Əyani) Tədris Planını BURADAN yükləyə bilərsiniz.
  • Turizm işinin təşkili ixtisasının (Qiyabi) Tədris Planını BURADAN yükləyə bilərsiniz. 
  • Turizm işinin təşkili ixtisasının Tədris Planını ingilis bölməsi üçün BURADAN yükləyə bilərsiniz.