Menecment ixtisası təşkilatların idarə olunması, insan resurslarının koordinasiyası və strateji qərarların hazırlanması və qəbul edilməsi üzrə mütəxəssislər hazırlayır. Bu sahəyə marağı olan abituriyentlərdə liderlik, təşkilatçılıq, ünsiyyət, qərarvermə, analitik düşünmə və komandada işləmək bacarıqlarının olması üstünlükdür.
Təhsil
Tələbələr idarəetmə nəzəriyyəsi, strateji menecment, insan resurslarının idarə edilməsi, layihələrin idarə edilməsi, təşkilati davranış, biznes etikası və liderlik sahələrində bilik və bacarıqlar əldə edir, müəssisələrin fəaliyyətinin effektiv idarə edilməsi yollarını öyrənirlər.
Karyera imkanları
Məzunlar dövlət və özəl müəssisələrdə, beynəlxalq şirkətlərdə, istehsal və xidmət sektorunda, insan resursları şöbələrində, layihə idarəetməsi və konsaltinq sahələrində çalışa bilərlər.
İxtisasın gələcəyi
Müasir təşkilatlarda peşəkar idarəetməyə ehtiyacın artması menecment məzunları üçün fərqli fəaliyyət istiqamətləri formalaşdırır və geniş karyera imkanları yaradır.